DİN Goranboydakı dəhşətli qətllə bağlı məlumat yaydı

img

01-10-2014 [11:31]


Daxili İşlər Nazirliyi Goranboyda 7 nəfərin qətli ilə bağlı məlumat yayıb.

MİA-ya daxil olan məlumatda bildirilir ki, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR