Müxalifət Hacıbala Abutalıbova müraciət edəcək - Mitinq

img

01-10-2014 [11:29]


Milli Şura oktyabrın 12-nə təyin etdiyi mitinqlə bağlıBakı Şəhər İcra Hakimiyyətinə müraciət məktubu ünvanlayacaq.

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın Hüqüq Komissiyasının sədri Vidadi Mirkamal deyib.

Onun sözlərinə görə, müraciət məktubunda mitinq keçirmək üçün "Məhsul” stadionu göstəriləcək: "Məktub bu gün, ya da sabah hazırlanıb Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. "Məhsul” stadionunu istəyəcəyik. Əgər icazə verməsələr, o zaman mitinq olmayacaq”.

Qeyd edək ki, Milli Şura mitinq keçirməyi ilə bağlı qərarı dünən keçirilən Kardinasiya Mərkəzinin toplantısında verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR