Misir Mərdanovla Etibar Məmmədov haqda şok iddia – “Gülən”çiylə sabiq nazir və partiya lideri qohum çıxdı

img

01-10-2014 [11:09]


Hazırda Türkiyə prezidenti Ərdoğanın ən qatı düşməni sayılan Fətullah Gülənin Azərbaycandakı dayaqları haqda daha bir şok xəbər yayılıb. 

Mia.az xəbər verir ki, bu barədə «Yeni Çac» qəzetinin internet sayıtında məlumat yer alıb. Xəbərddə "İlk Mühacirlər-Azərbaycan” kitabına bu kitabın müəllifi kimi Azərbaycana ilk gəlmiş fətullahçılardan biri olan Faruk Arslana istinadən maraqlı iddia irəli sürülüb.  Hazırda Kanadada yaşayan F.Aslan Şimali Amerika Media Birliyinin (Media Asembly of North America) baş katibi, Wilfrid Laurier Universitetinin Din və Mədəniyyət Fakultəsinin müəllimi, eyni zamanda 1991-ci ildə Azərbaycana gələn ilk fətullahçı qrupun içərisində jurnalist olaraq yer almış Faruk Aslanın keçmiş təhsil naziri Misir Mərdanovun yaxın qohumu ilə ailə həyatı qurduğu bildirilir: «Məhz bu qohumluğa görə, camaat arasında Faruk Aslan "Milli Kürəkən” olaraq tanınan şəxsdir. Bu addımı ilə Fətullah Gülənin "yerli insanlarla ailəvi bağ qurun” təlimatına Azərbaycanda ilk riayət edən şəxs olduğunu da özü bildirir. Kitabında qeyd edir ki, "Yağmur Gözlü (yəni Fətullah Gülən) onları süzdü və ilginc tövsiyyə verdi: "Orada qohumluq əlaqələri qura bilirsiniz”. Bu, rəsmən "yerli gəlinlərlə evlənin” demək idi. Yağmur Gözlü bu tövsiyyəni xaricə gedən bir çox qrupa edəcəkdi… İçlərində əqrabalıq tövsiyyəsini ilk yerinə gətirən Faruk və Üsamə olacaqdı. Azərbaycanın təhsil naziri Misir Mərdanovla AMİP lideri Etibar Məmmədov onun evləndiyi qızın uzaq qohumları idi. Bu evlilikdən sonra Faruk Arslan "Milli Kürəkən” olaraq çağrılacaqdı...”.


Digər xəbərlər
SON XƏBƏRLƏR