Azərbaycanda dəhşət doğuran basqın; - 7 ölü, 2 yaralı var (Yenilənib)

img

01-10-2014 [10:00]


Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
 
Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.
 
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir(APA)

Son məlumata görə, 7 nəfərin ölümündə ittiham olunan Rafiq Hüseynov qayınatasının evinə qumbara atıb. Belə ki, Rafiq qısqanclıq zəminində evdə xanımı ilə dalaşır və yoldaşı küsərək atası evinə gedir. Arvadının evə gəlmək istəmədiyini görən ər səhər saatlarında qayınatasının evinə qumbara atıb.

Qeyd edək ki, artıq Rafiq Hüseynov həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR