Ukraynada döyüş yenidən qızışdı

img

30-09-2014 [22:11]


Ukraynanın şərqində atəşkəs rejimi yenidən pozulub.

ANS PRESS-in məlumatına görə, Ukrayna tərəfi bildirir ki, rusiyameyilli separatçılar Donetsk hava limanını ağır silahlardan atəşə tutub. Separatçılar isə bəyan edib ki, Ukrayna ordusu Donetski atəşə tutduqdan sonra ordu qüvvələrinə cavab atəşi açılıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasına görə, ordu qüvvələri sentyabrın 29-da yeddi hərbçisini itirib. Həmçinin Luqansk bölgəsinin Popasna şəhərində separatçıların atəşi nəticəsində bir neçə yerli sakin ölüb.

Qeyd edək ki, Sentyabrın 5-dən Ukraynanın şərqində atəşkəs elan edilib

Digər xəbərlər
SON XƏBƏRLƏR