Qubada 1 ərazi nümayəndəliyi üzrə 300 minlik mühasibatlıq sənədi - Mənimsəmə

img

30-09-2014 [17:41]


Quba rayonunda bir kənddə 300 min manatın necə mənimsənilməsi haqda ciddi mühasibatlıq sənədi yayılıb. 

Mia.az Teref.info-ya istinadən xəbər verir ki, Quba rayon İcra Başçısnın Qonaqkənd Ərazi Nümayəndəliyi (11 kənd daxildir) vasitəsi ilə 300 min manatın böyük hissəsi talan edilib. Maraqlı budur ki, pulların nümayəndəliyə alnan mal-materialların adıyla mənimsənildiyi bildirilir. 

Mühasibatlıq sənədi ilə real qiymət arasındakı fərqə diqqət edin:

 - Televizorlar 150 man alınıb, amma 450 man rəsmiləşdirilib;

 - Soyuducu 500 manata alınıb, amma 500 manata rəsmiləşdirilib;

 - Kompyuterlərin hər biri 350 manata alınıb, amma 1200 manata sənədləşdirilib;

 - Printer 100 manata alınıb, amma 600 manata sənədləşdirilib;

 - Peç radiator 70 manata alınıb, lakin 450 m. rəsmiləşdirilib; 

- Paltaryuyan 490 manata rəsmiləşdirilib; 

 Çörək bişirən peç 55 manata alınıb, ancaq 450 manata rəsmiləşdirilib; 

işıq generatoru 180 m. alınıb, ancaq 680 m. sənədləşdirilib;

Su motoru 240 manata sənədləşdirilib; 

DVD 35 manata alınıb, amma 235 manata sənədləşdirilib; 

Təsərrüfat beli (lopatka) 1 manata alınsa da, 10 manata sənədləşdirilib; 

Məlumatda qeyd olunur ki, saxta qiymətlər digər malların alınmasında da təkrarlanıb.

Qarşı tərəfi dinləməyə hazırıq! 


Digər xəbərlər
SON XƏBƏRLƏR