Azərbaycanlı mağazaya hücum edib, satıcını zorladı

img

30-09-2014 [17:07]


Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı olan miqrant mağazaya hücum edərək qadını bıçaqla hədələyib və zorlayıb.

Virtualaz.org-un xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Marşal Kazakov küçəsində yerləşən ərzaq mağazasına girən azərbaycanlı satıcı qadına hücum edib, ona bıçaqla xəsarət yetirib və zorlayıb.

Hadisə barədə məlumat polisə yarım saat sonra daxil olub. Mağazaya gələn polislər hadisə yerindən azərbaycanlının sənədlərini - pasportunu, hərbi biletini və əmanət kitabçasını aşkar ediblər. Ehtimal olunur ki, o, cinayət prosesi zamanı sənədlərini hadisə yerində itirib və qaçıb.

Hazırda adı göstərilməyən azərbaycanlının axtarışları davam etdirilir. Onun zorladığı qadın xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR