İcra başçısı prokurorluq işçiləri ilə! - FOTOLAR

img

30-09-2014 [15:54]


30 sentyabr 2014-cü il tarixində 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etdi. Qeyd etdi ki, Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur.

 Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanmışdır.               
    
 Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə prokurorluq orqanı işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.






Digər xəbərlər
SON XƏBƏRLƏR