“Nazir deputatların telefonuna aylarla cavab vermir” - millət vəkili

img

30-09-2014 [14:51]


Milli Məclisin iclasında gündəlikdəki məsələlərinmüzakirəsi davam edir.
Qüdrət Həsənquliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyininBakıda da dövlət səviyyəsində qeyd olunması təklifini verdi. Naxçıvana muxtariyyət verilməsinin zərurətdən doğduğunu dedi, o zaman Göyçə və Zəngəzurun Ermənistana verildiyini xatırlatdı. Ona görə də bu tarixi həqiqətlərin ölkə əhalisinə çatdırılmasını zəruri saydı. Onu da dedi ki, Naxçıvan MR-in yubileyi parlamentdə də qeyd olunmalıdır.
Zahid Oruc vitse-spiker Bahar Muradovanın hökumətyönümlü QHT-lərin də xaricdən qrant aldığıbarədə dediklərinə sərgilədiyi iradlı mövqeyə toxundu. Deputat beynəlxalq ekspert Pol Qobla istinadən dedi ki, qrant alansiyasətçi öz ölkəsinə xəyanət edəcək:"Şəxsən mənə görə xaricdən qrantların alınması ümumiyyətlə, qadağan olunmalıdır”.Z.Oruc onu da dedi ki, Ağdam, Füzuli rayonunun bizdə olan hissəsində çalışan müəllim təkcə müəllim deyil, o, həm də parta arxasında oturan döyüşçüdür. Bu mənada onların fərqləndirilməsi lazımdır. Z.Oruc Rusiya ilə münasibətlərdən də danışdı:"Qoy Almaniya kansleri Angela Merkel öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir. Deputatın fikrincə, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: "Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiyaya meydan təfəkkürü ilə yanaşaraq, bu ölkə ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil. Jirinovskinin ulu öndərin qarşısında əyilən başı bizə lazım olacaq”.
Ziyafət Əsgərov növbəti dəfə Z.Orucun ardınca F.Ağamalının çıxışa yazıldığını xüsusi vurğu ilə dedi və "Bilmirəm təsadüfdən, yoxsa zərurətdəndir, ikinci dəfə Zahid Orucdan sonra Fəzail müəllim çıxış edir” deyib güldü. F.Ağamalı isə "atmacanızı təbəssümlə qəbul edirəm” qeydini elədi. F.Ağamalı dedi ki, Avropa özünün böyük avantürası ilə Azərbaycana gəlməkniyyəti varsa, biz onunla bir yerdə olmalı deyilik:"Avropanın Ukrayna və Gürcüstana gətirdiyi fəlakətlər göz önündədir. Biz Rusiyanın Azərbaycana etdiklərini, ötən əsrin əvvəllərində Azərbaycanın 26 min kv.km-lik ərazini, İrəvan, Göyçə və Zəngəzuru da unutmalı deyilik. Lakin buna əsaslanıb Rusiyanın üzərinə getməli deyilik. Çalışmalıyıq ki, bugünkü Rusiya 90-cı illərin əvvəllərindəki Rusiya olmasın”. Deputat cəbhə bölgəsindəki durumla bağlı informasiya təhlükəsizliyi ilə bağlı yeni qanuna ehtiyac olduğunu da bildirdi və təklif verərək dedi ki, PA rəhbərinin mətbuata tövsiyələrin yerinə yetiriləcəyinə inanmadığı üçün qanun qəbulunu zəruri sayır.
F.Ağamalı ikili nikahlarla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin qəbulunu zəruri saydı, ikili nikahlardan doğulan 25 min uşağı taleyin ümidinə buraxmamağaçağırdı. Eyni zamanda "amma mən ikili nikahın əleyhinəyəm, həm də ona görə ki, mən təknikahlıyam” dedi.
Siyavuş Novruzov isə bir daha QHT-lərlə bağlı atılan addımlara haqq qazandırdı:"Amerikada vergidən yayınanları dərhal həbsə atırlar. Bəlkə məhkəmə keçiriləcək və məhkəmə deyəcək, bunun günahı yoxdur, niyə biz səbrsizlik edirik?” Eyni zamanda YAP-çı deputat "məhəbbət qarşılıqlı olur”deyib Avropa Parlamentinin mövqeyinə adekvat reaksiya verməyə çağırdı.
S.Novruzov parlamentə düşməyən, ancaq baryeri aşan partiyalar üçün nəzərdə tutulan 10 faizlik maliyyə vəsaitinin xərclənmədiyini xatırlatdı. O, bu vəsaitin parlamentdə təmsil olunan partiyalar arasında proporsional əsaslarla bölünməsi barədə layihəyə dəstək verdi.
ElmiraAxundova QHT-lərin xaricdən qrant almasına qarşı çıxdı: "Çünki xarici qrantlar təxribatdan başqa bir şey deyil”. Xanım deputat bir sıra vacib məsələlərlə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Eyni zamanda "mən soruşmaq istəyirəm, çərçivə qanunları niyə qəbul olunmur” dedi.

ƏliMəsimli Rəqabət Məcəlləsinin, "Reklamhaqqında” qanunun qəbul olunmasını zəruri saydı: "3 oktyabr 1997-ci ildə qəbul olunan reklam haqqında qanun yaramır, odur ki, yeni qanuna ehtiyacı var. 15 dəqiqə Bakının küçələrini müşahidə etmək kifayətdir ki, reklamların hansı durumda olduğu, dilimizə necə hörmətsizlik edildiyini görəsən”. Ə.Məsimli sovet əmanətlərinin qəbulu ilə bağlı təpkiləri xatırladıb sual etdi: "Bəs niyə deyildiyi kimi inflyasiya olmadı”. Deputatmaraqlı statistika açıqladı: "Azərbaycanda hər 10 nəfərdən 7-si ödənişli təhsil alır. Təhsil haqları 900 manatdan 4500 manata qədərdir. Ancaq orta aylıq əmək haqqı 450 manatdır. Ya dövlət ali məktəblərdə pulsuz sistemə keçsin, ya da qanun qəbul olunsun. Təhsil haqlarını verə bilmədiyi üçün ötən il 8945 nəfər ali təhsil müəssisələrindən xaric edilib. Akademik borcu olanların sayı isə 10 mindən çoxdur. Ona görə də "Təhsil kreditlrəi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılıb qəbul olunmasını təklif edirəm”.

Sabir Rüstəmxanlı Azərbaycana qarşı qərəzli siyasətə etiraz edən deputatların çıxışlarını dəstəklədi və dedi ki, bu gün bir sıra ölkələrdəgedən proseslər min il bundan əvvəl başlamış səlib yürüşünü islam ölkələrinin öz içərisində salmağa çalışır. Azərbaycan və Türkiyə də bu planlardan kənarda deyil. QHT adına Azərbaycan içərisində körükləmələr həmin planın tərkib hissəsidir. Ancaq biz bu məsələlərə daha səbrlə, təmkinlə yanaşmalıyıq. Əməkdaşlıq etdiyimiz təşkilatlarla təhdid, cığallıq dili ilə danışmaq olmaz. Azərbaycan Avropanın bir hissədir. Sən demə Rusiya məkləkmiş və biz Qərb isə bütün fəlakətlərimizə baismiş:"Biz Qərbin bu cür tələblərini gözləmədən Azərbaycanda məmur-vətəndaş münasibətləri, adamlara vəzifəlilərin hansı münasibət göstərməsi göz önündədir. Aylarla nazir deputatların telefonuna cavab vermirsə, demək, bizdə insan haqları pozulur”.S.Rüstəmxanlı dedi ki, QHT-lər içərisində erməni maliyyəsi ilə qidalanan var, bunu heç kim dana edə bilmz. Amma bütövlükdə bu sektora hücum etmək olmaz. Xaricdə Azərbaycan insanına bizim səfirliklərin elə münasibəti var ki... Bəzən qəzetlərdə heç dəxli olmayan adamlar gah Obamanı təhqir edir, gah Avropanı. Bu mövqelədrən müəyyən nəticələr çıxartmalıyıq. Elə etməməliyik ki, xırda məmurların yanlışlıqları ölkənin böyük maraqlarına xələl gətirsin”.
S.Rüstəmxanlı milləti özünə hörmət etməyə çağırdı:"Bu məsələni birdəfəlik həll etmək lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR