Leyla Əliyeva konfransda iştirak etdi - Moskvada

img

30-09-2014 [14:43]


Moskvada "Swissotel" konfrans zalında Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransının açılışı olub.

AzNews.az-ın AzərTAc-a istinadən verdiyiməlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərinin azərbaycanlı tələbələri və digər şəxslər iştirak edirlər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, IDEA kampaniyasına və 2015-ciildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb.

Konfransın rəsmi hissəsindən sonraforum"Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar", "Azərbaycan bu gün", "Azərbaycan səhiyyəsi islahatlar yolunda" və "Bakı-2015" seksiyalarında öz işini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR