Milli Şuranın mitinq planı var

img

30-09-2014 [14:21]


Milli Şura yaxın günlərdə mitinq keçirməyi planlaşdırır.

Qurumun Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal "Qafqazinfo”ya açıqlamasında bildirib ki, mitinqlə bağlı qərar qəbul edilib: "Bununla bağlı hazırlıqlar gedir. Amma vaxt məsələsində hələ ki, konkret qərar yoxdu. Bu gün Ləndmarkda çay süfrəsi arxasında keçiriləcək Koordinasiya Mərkəzinin iclasında mitinqin dəqiq vaxtı müəyyənləşəcək. Ümumi olaraq hazırlıqların başa çatmasından sonra keçirilməsi planlaşdırılır. Hər-halda yaxın günlərdə baş tutması planlaşdırılır. Mitinqin vaxtı və yeri müəyyən olunacaq, kim istəsə gəlib qoşular”.

V.Mirkamal qeyd edib ki, mitinqin tələbləri son günlərdəki həbslər, müxalifətə basqılarla bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR