Elçin Hüseynbəyli istefa verdi

img

30-09-2014 [14:13]


"Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli tutduğu vəzifədən istefa verib.

APA-nın verdiyiməlumata görə, Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib.

Elçin Hüseynbəyli istefasını qəzetdə işlərinçoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.

Qeyd edək ki, Elçin Hüseynbəyli AYB-nin axırıncı qurultayından sonra bu vəzifəyə təyin olunmuşdu. Həmin vaxtadək isə "Ulduz”jurnalına rəhbərlik edirdi.

Onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan "Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR