Polis rəisinin sabiq müavini stadionu satın aldı

img

30-09-2014 [13:03]



Pirəbədil kənd sakinlərinin sözlərinə görə, idman meydançası paytaxtın Nizami rayonunda polis rəisinin müavini olmuş Altay Babayevə satılıb. 

Bu da sakinlərin narazılığına səbəb olub. Onlar kənd əhlinə məxsus olan stadionun qanunsuz olaraq satılması və hasarlanmasından şikayətlənirlər.
 
Sakinlər qeyd edirlər ki, kənddə uşaqların əylənməsi, idmanla məşğul olması üçün nəzərdə tutulan stadionun sabiq rəis müavininə satılması bələdiyyə sədrinin özbaşına qərarıdır. Şikayətçilər dəfələrlə bələdiyyə sədrinə bu barədə müraciət ediblər.
 
Lakin C.Nuriyev onların şikayətinə məhəl qoymayıb. Ancaq son müraciətdə sakinlərə bildirib ki, stadionu geri qaytarmaq imkanına malik deyil. Çünki A.Babayev Şabranın sabiq icra başçısı Sündüz Babayevanın qardaşıdır(axar.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR