Kəmaləddin Heydərovun Elçibəyin oğlu ilə bağlı qərarı

img

30-09-2014 [12:08]


"Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev FHN-də kurs keçir”. 

Bu barədə AzNews.az-a bəyin qayını Mirmöhsün Mahmudov bildirib. Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: "Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinə işə düzəlsə də, hələ işə başlamayıb. O, hələlik həmin qurumda kurs keçir. Kurs bitəndən sonra rəsmən işə başlayacaq. Amma hələ ki, hansı işə, vəzifəyə düzələcəyi məlum deyil”.

Xatırladaq ki, bir müddət əvvəl Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılsa da, özü məlumatı təkzib etmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR