30-09-2014 [11:25]
Xatırladaq ki, bu yaxınlarda Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızı da yol nəqliyyat hadisəsində dünyasını dəyişmişdi. Biz media nümayəndələri olaraq düşünürdük ki, bəlkə, bu həssas məqamdan sonra nazirliyin sözçüsü mətbuata açıq olar.
Belə ki, dəfələrlə Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənova bu cür məsələlərlə bağlı müraciət edilib. Saysız-hesabsız zənglər nəticəsində cəmi bir-iki dəfə telefona cavab verən Namiq Həsənov hər dəfə xəstə olduğunu bildirib. "Mən xəstəyəm. Daha bu jurnalistlərin əlindən bezmişəm. Adamı xəstələnməyə də qoymurlar. Ölmürəm canım qurtarsın...”
Düzü, biz bilmirik Namiq Həsənovun "xəstəlik” missiyası mediadan qaçış üçün bəhanədir, yoxsa..? Yoxsaya ehtiyac da yoxdur. Əlbəttə, insan xəstələnə bilər, amma bu məqamda onu kimsə əvəz etməlidir. Yəqin, nə bizə, nə də nazirə xəstə köməkçi lazımdır. Namiq bəyin nəzərinə bir daha çatdırırıq ki, həyatda hər şey insanlar üçündür. Hər birimiz xəstələnə bilərik. Amma söhbət mühüm bir Nazirliyin Mətbuat Xidmətinin rəhbərindən gedir və vəzifədə əvəzedilməyəcək insan yoxdur. Sizin vəzifəniz jurnalistlərin suallarını cavablandırmaqdan ibarətdir. Əgər xəstəlikdən dolayı işinizin öhdəsindən gələ bilmirsinizsə, buyurun, istefa verin. Üzərinizdən mühüm bir məsuliyyəti götürün, sağlamlığınızın qeydinə qalın...
Elə sonuncu dəfə Namiq Həsənova zəng vuranda yenə eyni sözləri dedi və biz də xahiş etdik ki, heç olmasa Nazirlikdən kiminsə əlaqə nömrəsini versin ona yazaq, o da bizə məsləhət gördü ki, şöbənin əməkdaşı Kəmalə Səfərovaya sualları ünvanlayın. Sualları oxuyandan sonra Kəmalə xanımın cavabı belə oldu: "Mətbuatın suallarını cavablandırmaq Namiq müəllimin səlahiyyətindədir”.
O gündən həmin xanım da telefonlarımıza cavab vermir. Cavabsız qalan sualların bir neçəsini də yazıya əlavə etməklə, Nəqliyyat naziri Ziya Məmmədova müraciət edirik: "Cənab nazir, əgər rəhbəri olduğunuz qurumun müsbət imic qazanmasını istəyirsinizsə, ilk növbədə sözçünüzün jurnalistlərə açıq olmasını ondan tələb edin. Əgər jurnalistlərin kütləvi şəkildə onun fəaliyyətindən narazı olduğunu bilmirsinizsə, xahiş edirik bizə kömək edin... Çünki bu cür məsələlərin birbaşa rəhbər şəxsdən asılı olduğunu biz bilirik.
Bu da cavabsız qalan sualların bəziləri...Çox sadə suallardır.
- Namiq bəy, mütəmadi olaraq mediada avtobus qəzalarıyla bağlı xəbərlər yayılır. Videolar çəkilir, saytlarda yerləşdirilir. Nazirlik bununla bağlı nə kimi tədbirlər görür?
- Cavab
- Sürücülərə qarşı hansısa cəza tədbirləri görülürmü?
- Cavab
- Ümumiyyətlə, sürücülər işə götürülərkən hansı testlərdən keçir?
- Cavab
- Sürücülər isə çox vaxt bu durumu belə izah edirlər ki, yüksək sürətlə hərəkət etmək onlardan asılı deyil. Yəni onlar gündəlik planı doldurur. Aidiyyatı qurum onlardan bunu tələb edir. Siz bu barədə nə düşünürsünüz?
- Cavab
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI