AzTV-də qalmaqal, yaşlı işçilər sədrə qarşı qalxıb

img

30-09-2014 [11:04]


"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətin sədri, millət vəkili Arif Alışanov AzTV-də islahatlar adı altında xoşu gəlməyən işçiləri uzaqlaşdırmağa başlayıb. 

Mia.az Veteninfo-ya istinadən xəbər verir ki,  Arif Alışanov yaşlı televiziya və radio əməkdaşlarına işdən öz ərizələri ilə getmələri üçün təyziqləri artırıb:  "Arif Alışanovun istəyinə qarşı gələnlər isə müxtəlif formalarda cəzalandırılırlar.  AzTV-nin 40-45 illik təcürbəyə malik işçiləri QSC sədrinin qarşısında duruş gətirə bilmirlər və məcburən Arif Alışanovun istəyinə boyun əymək məcburiyyətindədirlər". 

Mənbə deyib ki,  bir qrup AzTV əməkdaşı ölkə prezidentinə baş verənlərlə bağlı müraciət hazırlamağa hazırlaşırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR