Daha bir rektor maaşları qaldırdı

img

30-09-2014 [10:43]


Azərbaycan Tibb Universiteti əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. 

Universitetdən Mia.az-a verilən məlumata görə, bu günlərdə ATU rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artımı haqqında qərarı xüsusi qeyd etmək lazımdır. Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılmışdır. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur. 

Qeyd edək ki, ATU əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq ənənə halını almışdır. Belə ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilmişdi. Ümumiyyətlə, ATU-da bu tendensiya demək olar ki, mütəmadi xarakter alıb. Və 2014-cü ildə də bu baxımdan istisna olmayıb. ATU rəhbərliyi tərəfindən daim universitet əməkdaşlarının sosial rifahının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR