Xoşqədəm Hidayətqızı Əfqanıstana getdi

img

23-09-2014 [13:54]


ATV telekanalının "Səni axtarıram” verilişinin tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı Əfqanıstana gedib. Modern.az saytının xəbərinə görə, iki gün öncə yola çıxan teleaparıcı hazırda paytaxt Kabil şəhərindədir. Telefonuna zəng çatmadığından əməkdaşımız X.Hidayətqızının budəfəki Əfqanıstan səfərinin məqsədini öyrənə bilməyib.

ATV telekanalının "Səni axtarıram” verilişindən X.Hidayətqızının Əfqanıstana getdiyini təsdiqləsələr də, bu haqda geniş məlumat verilməyib. Yalnız obu bildiriblər ki, səfərin məqsədi "Səni axtarıram” verilişi çərçivəsində aparılanaxtarışla bağlıdır:

"Ancaq Xoşqədəm xanımın kimi axtardığını dəqiq deyə bilmərik. Yəqin ki, bu haqda özü qayıdandan sonra "Səni axtarıram” verilişinin növbəti buraxılışlarında daha ətraflı məlumat verəcək”-deyə ATV-dən qeyd ediblər.

Qeyd edək ki, bu, teleaparıcının Əfqanıstana ikinci səfəridir. Bundan öncə də o, itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar Əfqanıstanda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR