Hacı Əbdül soyunan müğənniləri İTTİHAM etdi: “Tövbəyə gəlin, ey zinakarlar!”

img

18-09-2014 [15:37]


Ümumiyyətlə İslam dininə görə, uşağı qanunsuz, yəni atası bəlli olmadan dünyaya gətirmək olmaz, bu zinadır və böyük günahdır. Açıq-saçıq geyinmək, yaxud da lüt bədəni nümayiş etdirmək də əxlaqa sığışmır”. BunuModern.az-a açıqlamasında "Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül şou-biznesin bəzi qadın müğənnilərinin son vaxtlar mətbuata atasız uşaq dünyaya gətirmələrinə və açıq-saçıq geyinmələrinə münasibət bildirərkən deyib.

Cəmiyyət rəhbəri ad çəkməsə də, tanınmış müğənniləri əxlaqsızlıqda ittiham edib: "Görünən kəndə bələdçi lazım deyil. Soyunanlar da ortalıqdadır, nikahsız doğan da, doğmayan da. Mən onları əxlaqa dəvət edirəm. Zinadan uzaqlaşsınlar, tövbəyə gəlməsələr də, heç olmasa əxlaqlarını qoruyub saxlasınlar”.

Qeyd edək ki, son vaxtlar bəzi şou-biznes müğənniləri doğulacaq övladlarının mənşəyi ilə gündəmə gəlib. Ataları məlum olmayan uşaqlara hamilə qalmış sənətçilər ictimai qınaq hədəfi olublar. Məsələn, müğənnilər Rəqsanə İsmayılova, Günel Ələkbərova ("Pişik Günel”), Türkan Əliyeva, prodüser Təranə Səmədova və digərləri son günlər mediaya açıqlamalarında nikahdankənar uşaq dünyaya gətirməkərindən bəhs ediblər.

Açıq-saçıq geyninən, yarıçılpaq şəkilləriinternetsaytları və sosial şəbəkələri "bəzəyən”, ədəbsiz hərəkətləri görüntülənən şou-biznesin kişi və xanım müğənnilərinin isə uzun bir siyahısı ortadadır...


Digər xəbərlər
SON XƏBƏRLƏR