Rəbiyyət Aslanova hesabat verdi

img

18-09-2014 [15:35]


Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. Gündəliyə 6 məsələ daxil edilib: Milli Məclisin 2014-cü ilin yaz, növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər baradə hesabat, komitənin 2014-cü il payız sessiyası üçün "İşlər planının layihəsi haqqında”, "Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”, "Qaçqınların və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında” qanun layihələrində dəyişiklik edilməsi barədə, "İsan alverinə qarşı mübarizə haqqında”, "Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihələri.

2014-cü ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə danışarkən komitə rəhbəri Rəbiyyət Aslanova bildirib ki, sözügedən müddətdə qurumun 2 iclası keçirilib. İclaslardan biri qanun layihəsinin müzakirəsinə həsr olunub və o, Milli Məclisdə qəbul olunub.

""İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi haqqında Konvensiya”ya dəyişiklik edilməsi barədə Protokolun tətbiq edilməsi haqqında” qanun layihəsi də komitədə müzakirə edilib”.

Sözügedən müddətdə komitəyə ümumən 423 sənəd daxil olub, 113 vətəndaş qəbul edilib.

İclasda komitənin 2014-cü il payız sessiyasının işlər planı haqqında məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR