18-09-2014 [15:08]
600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu "Jewish Journal” həftəlik qəzeti 17 sentyabr 2014-cü il tarixli sayında Azərbaycana dair məqalə dərc edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən xəbərə görə, "İsrailin ən dəyərli müsəlman müttəfiqi” başlıqlı məqalə dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin rəhbəri Ravvin Mark Diamond tərəfindən qələmə alınıb.
Bu yaxınlarda Los Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycan və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və David Siegel ilə görüşdüyünü bildirən M.Diamond İsrail və ABŞ ilə güclü münasibətlər saxlayan Azərbaycanın unikal tarixə malik bir ölkə olduğunu qeyd edir.
Müəllif bildirir ki, 2000 ildən bəri Azərbaycanda yaşayan yəhudilər özlərinə yalnız hörmət görmüş və bu gün də bu tolerantlıq mühiti ölkədə hökm sürməkdədir. M.Diamondun fikrincə, xüsusilə hazırkı dövr üçün bunu böyük nailiyyət hesab etmək olar. Müəllif Azərbaycanda yəhudi icmasına və irsinə böyük qayğı göstərildiyini qeyd edərək, İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin öz füsunkar sinaqoqlarında azad şəkildə ibadət etdiklərini və 300–dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayır. O, həmçinin, 2011-ci ildə Azərbaycan hökuməti tərəfindən Bakıda dağ yəhudiləri üçün sinaqoq inşa edildiyini diqqətə çatdırır.
Dünyada, xüsusilə yaxın bölgələrdə baş verən hadisələr fonunda Azərbaycanın tolerantlıq və dinc yanaşı yaşama modeli kimi işıq saçdığını bildirən ravvin Diamond Azərbaycana yəhudi icmasının dost münasibətinin və dəstəyinin zəruri olduğunu qeyd edir.
Məqalə
ilə bu linkdə
http://www.jewishjournal.com/opinion/article/israels_most_valuable_muslim_ally
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib