Prezident Monteneqronun Baş nazirini qəbul etdi

img

18-09-2014 [14:40]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTac xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb

Sonra görüş geniş tərkibdə davam etdirilib.

Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib.

Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Baş nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirib. Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını dedi və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Milo Cukanoviç öz növbəsində Azərbaycan ilə Moneneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR