Nəqliyyat Nazirliyi açıqlama verdi

img

18-09-2014 [14:09]


Xəbər verdiyimiz kimi, bu gün Bakıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub.

Qəza ilə bağlı "Qafqazinfo” ya açıqlama verən Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, 188 saylı avtobusla "Shacman” markalı yük avtomobili toqquşub: "Toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Eyni zamanda 1 nəfər sərnişin də yüngül xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib”.

N. Həsənov bildirib ki, yolun sürüşkən vəziyyətdə olması qəzaya səbəb ola bilər: "Hər halda faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub