Xarici pasport, vətəndaşlığı olmayan şəxslərlə bağlı dəyişiklik-QANUN

img

17-09-2014 [18:20]




Azərbaycanda Miqrasiya Məcəlləsinə əlavələr edilir. Milli Məclisdən verilən məlumata görə, Miqrasiya Məcəlləsinin 3.0.17. maddəsinə edilən əlavəyə əsasən sərhəd keçmə sənədi - xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər sırasına "Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi” də daxil edilir.

Məcəllənin 21.1-cimaddəsinə edilən yeniliyə əsasən, Azərbaycana daxil olan əcnəbilərə dövlət sərhəd xidməti məntəqələrində 3 gündənartıq ölkədə qalacaqları təqdirdə, qeydiyyata alınmalarının zəruriliyini ifadə edən bildiriş veriləcək. Bildiriş Azərbaycan, rus və ingilis dillərində olacaq.

Bundan başqa, məcəlləyə ölkədə yaşayan əcnəbilərlə də bağlı xeyli yeniliklər edilir.

Məcəlləyə Azərbaycanın hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə də bağlı yeni maddə əlavə olunur. Əlavəyə görə, sərhəd keçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhəd keçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda icra hakimiyyəti orqanı tərəfindən səyahət sənədi veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR