Sabiq rəisin AST Telmanın otelində qətl törətdiyi xəbəri yayıldı

img

17-09-2014 [18:02]


Təqaüddə olan polis polkovniki Rza Hacıyevin "AST Telman”ın "Mardan Palase” otelində 24yaşlı xanımı döyərək öldürdüyü deyilir.

Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev yenidən mətbuatın diqqət mərkəzindədir. Mia.az xəbər verir ki, "Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumata görə, Telman İsmayılovun (AST Telman –red.) Antalyadakı "Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Qəmbər qızının bədəni üzərində zorakılıq əlamətləri olub. Məlumata görə, polis rəisi qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilinir.

Qaynağımız iddia edir ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə "öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

Bəzi məlumatlara görə, polis rəisinin öldürdüyü iddia olunan xanımın atası da Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşı olub. Uzun müddət yol polisində çalışıb.

Məsələ ilə bağlı İstanbuldakı konsulluğumuza, XİN-ə sorğular versək də, hələlik cavab almamışıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR