Dəhşət: Zaqatala ev yanıb, 7 yaşlı uşaq yanaraq ölüb

img

17-09-2014 [16:41]


Zaqatala şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə günorta saatlarında, şəhər sakini Musa Qurban oğlu Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Evin 50 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin qızının övladı - 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib.
Faktla bağlı FHN-in Zaqatala DYMH-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR