Hafiz Hacıyev: “Bu insanlara artıq göstərişlər verilib”

img

17-09-2014 [16:08]


"Müxalifətin ayrı-ayrılıqda fəaliyyət göstərə və birləşə bilməməsində başqa səbəb axtarmağa dəyməz”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifətin ayrı-ayrılıqda fəaliyyət göstərə və birləşə bilməməsi ilə bağlı danışarkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən radikal qüvvələr - müxalifət hərəsi bir dövlətin tabeliyiçiliyində olan qruplara xidmət edən insanlardır: "Təsəvvür edin ki, müxalifətin bir hissəsi Rusiyaya, bir hissəsi Avropa, bir hissəsi isə Qərbdəki müəyyən dairələrə xidmət edir. Bu mənada hesab edirəm ki, onlar heç bir zaman birləşə bilməyəcəklər. Həmin insanların burada başqa maraqları var.

Bəs gəlin görək onların birləşməsi niyə baş tutmur? Çünki ABŞ, Qərb və Avropa Əli Kərimova , Cəmil Həsənliyə kifayət qədər pul verir. Bu onların bir neçə gün bundan öncə "Milli Şura”nın keçirilən iclasında da açıq-aşkar sezildi. Artıq bu insanlara göstərişlər belə verilib. Onlar bu yaxınlarda türk əsgərlərinin abidəsini ziyarət etmək adı altında özlərini nümayiş etdirdilər. Həmin günün səhəri ayrılan pul onlara çatdırıldı".


Digər xəbərlər
SON XƏBƏRLƏR