Azərbaycanda abortlarla bağlı - ŞOK STATİSTİKA

img

17-09-2014 [16:06]


Son illər abort etdirənlərin böyük əksəriyyəri 25-29 yaş arası xanımlardır. Ötən illərlə müqayisədə abort etdirənlər yalnız 2012-cü ilə nisbətən azalıb.

Dövlət Statistika Komitəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ötən il abort etdirənləroin ümumi sayı 27892 nəfər olub. Bu rəqəm yalnız 2012-ci ilin göstəricisindən 3146 nəfər azdır.

Belə ki, 2012-ci ildə 31038 nəfər süni şəkildə hamiləliyi yarımçıq dayandırıblar.

Dölün inkişafının vaxtından əvvəl dayandıranların 8958 nəfəri 25-29 yaş arası qadınlar olub. Abort etdirənlər arasında yenyetmələrin sayı da az deyil. Belə ki, 15-19 yaş arası abort etdirənlərin sayı 1147 nəfər olub.

30-34 yaş arası qadınlar arasında da hamiləliyini yarımçıq dayandıranlar olub. Belə ki, bu göstərici digər illərə nisbətən daha yüksək həddə - 7849 nəfərə çatıb. 35 yaşdan yuxarı qadınlar arasında abortların sayı 228, 18-19-yaşlı qadınlar arasında isə 1059 nəfərə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR