Daha bir məktəb direktorundan şikayət - 138 nömrəli məktəb

img

17-09-2014 [15:25]


ətai rayonunda yerləşən 138 nömrəli məktəbin direktoru hər sinifdən 500 manat pul yığır.

Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Onlar yeni dərs ilinin hələ təzə başlamasına baxmayaraq, məktəbin direktoru Mirfaiq Mirabbas oğlu Mirheydərlinin özbaşınalığından cana gəldiklərini deyirlər.
Valideynlərin sözlərinə görə, direktor məktəbdə reketliklə məşğuldur:
"Direktor Mirfaiq müəllim deyir burada mənəm, Bağdadda kor xəlifə. Məktəbdə hər sinifdən 500 manat pul tələb edir. Müəllimlər də məcbur olub bunu uşaqlardan yığır. Hələ təhdid də edir ki, verməsəniz, sinifləri ikinci növbəyə keçirərəm. Heç kəsi nəzərə almır. Məktəbdə imkanı olan da var, olmayan da. Axı haradan tapsınlar bu qədər pulu?”
Valideynlər bu etirazlarını sosial şəbəkədə də bildiriblər və əlaqə nömrəsi qoyublar.
Rəsmilərin münasibətini öyrənməyə çalışırıq...


Digər xəbərlər
SON XƏBƏRLƏR