Müsavatda namizədlərin irəli sürülməsi müddəti başa çatdı: 4 iddiaçı var

img

17-09-2014 [15:16]


Müsavat Partiyası başqanlığına, Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti sentyabrın 17-də başa çatıb.

Başqan müavini Gülağa Aslanlı "Mediaforum” saytına deyib ki, başqan postuna dörd namizəd qeydə alınıb: Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslı və Səxavət Əlisoy.

Gülağa Aslanlının sözlərinə görə, Məclis üzvlüyünə 144 nəfər iddia edir: "Namizəd olmaq üçün ərizə göndərmiş 4 nəfər haqda qərarı isə qurultaya hazırlıq üzrə Təşkilat komitəsi verəcək. Qaydaya əsasən, ucqar yerlərdə yaşadığına, xəstəxanada müalicə olunduğuna və digər səbəblərə görə mərkəzi qərargaha gələrək ərizəsini özü təqdim edə bilməyən şəxslərin namizəd olub-olmaması haqda qərarı vermək qurultaya hazırlıq üzrə Təşkilat komitəsinə həvalə olunub”.

Başqan müavini əlavə edib ki, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlüyünə 31 nəfərin namizədliyi qeydə alınıb.

Müsavatda seçkili orqanlara seçkilər sentyabrın 27-nə təyin olunmuş qurultayda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR