İcra başçısı keçmiş rəhbərinə qarşı - Ceyhun Cəfərov haqda yeni iddia (FOTOLAR)

img

17-09-2014 [14:06]


Bu ilin iyul ayında xidməti vəzifə yerini icazəsiz tərk edərək, qəza törədən Kürdəmirin icra başçısı yeni iddiaya düşüb. 

Bu barədə Mia.az-a verilən məlumata görə, icra başçısı postuna Yasamal rayon İcra Hakimiyyətindən yüksələn hazırda Kürdəmir rayonunun icra başçısı olan Ceyhun Cəfərova hələ Tərtərə başçı göndərilərkən vəd verilib: «Ona bir-iki il ərzində Tərtərdə özünü doğrultmaq tapşırığı verilmişdi. bundan sonra onun Bakının rayonlarından birinə başçı gətiriləcəyi deyilib. Ceyhun Cəfərov da buna görə Tərtərdə müəyyən qədər özünü təsdiqləməyə çalışdı. Lakin onu Bakıya deyil, Tərtərlə müqayisədə paytaxta nisbətən yaxın Kürdəmirə göndərdilər. Yenə ona vəd verilib. Amma bu dəfə onun əsas himayəçisi və yol göstərəni olan Rabitə Nazirliyinin aparat rəhbəri Viddadi Zeynalov vədini konkretləşdirib. Bildirilib ki, uzun illərdir Yasamalın icra başçısı olan İbrahim Mehdiyevdən narazılıq çox olduğundan onun vəzifədən alınması an məsələsidir. bu zaman həmin posta Ceyhun Cəfərovun təyinatı gündəmə gətiriləcək». 

Məlumata görə, Ceyhun Cəfərov bu plana görə bütün gücü ilə özünü doğrulmağa, hətta Kürdəmirdə geniş abadlıq işlərinə can atır: «Lakin elə məsələlər var ki, bunlar Ceyhun Cəfərovun karyera yüksəlişinin əngəllənməsində əsas rol oynaya bilər». 

Onu da qeyd edək ki, iyul ayında Ceyhun Cəfərov aşağıdakı maşında qəza yaratmışdı. O, xidməti yerini özbaşına tərk edərək, Tərtərdən dönərkən Bakı-Qazax yolunda idarəetdiyi "Toyota Land Cruiser” markalı avtomobil qəflətən idarəetməni itirərək dəmir dirəklərə dəyib. Nəticədə asfalt-beton örtüyünə, eləcə də dəmir qoruyuculara ziyan dəyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR