16-09-2014 [16:59]
Milli Məclisin sentyabrın 30-da baş tutan açılış sesiyasında dəfn işinin təşkili ilə bağlı təklif müzakirəyə çıxarılacaq".
Bunu Aktual.az açıqlamasında təklifin müəllifi, Milli Məclisin Sosial Siyasət Komissiyasının üzvü Musa Quliyev deyib.
M. Quliyev bildirib ki, bu gün Azərbaycanda qəbirstanlıqların statusunda qeyri-müəyyənlik var: "Bələdiyyə, dövlət qəbirstanlıqlarının hər hansı bir statusu və ya özəl qəbirstanlıqlar olmalıdır, ya yox, kimi suallara aydınlıq gətirilməlidir. Bu qəbirstanlıqlarda dəfn işinin təşkili kimin tərəfindən həyata keçirilməsini də müəyyənləşdirmək lazımdır. Dəfn işinin təşkilinin pullu olması və ya hökumətin vəsaiti hesabına həyata keçirilməsi, hətta qəbir daşlarının standart formada hazırlanması sualına da cavab tapılmalıdır. Biz istəyirik ki, dünyasını dəyişmiş insanlar arasında da bərabərlik olsun. Bu həm də mənəviyyat məsələsidir. Dünyadan köçən insanın insan olduğunu göstərən bir nişanədir. Yoxsa onun qəbir daşı - varlı, vəzifəli, yaxudakı bu dünyadakı mərhumun ailəsinin maddi statusu ilə bağlı olmalı deyil. Eyni zamanda böyük şəhərlərdə köhnə qəbirstanlıqlar tamamilə dolub və onlardan istifadə eləmək mümkün deyil. Amma şəhərin kənarlarında hansı ərazidə ola bilməsi, onun relyef qurluşu, subasmaya, sürüşməyə təhlükəsinin olub-olmaması müəyyənləşdirilməlidir. Düşünürəm ki, bütün bunlara hüquqi əsaslarla aydınlıq gətirilməlidir".
Millət vəkili Rusiya təcrübəsini misal gətirərək, dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinin də təkliflər sırasında olduğunu qeyd edib: "Məsələn Rusiyada belədir ki, müraciət edilən andan etibarən 24 saat ərzində mərhumun ailəsinə dəfn üçün yer göstərilməlidir və dəfnin xərci də çox zaman bələdiyyə və ya dövlət tərəfindən həyata keçirilir. Biz bu təklifimizdə dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinə də yer vermişik".
Sosial Siyasət Komissiyasının üzvü Milli Məclis siyasi iradə göstərməsini və bu təklifə müsbət yanaşmasını da xüsusi vurğulayıb: "Yoxsa indi mən müxtəlif təkliflər söyləyəcəm, amma Milli Məclis də deyəcək ki, buna ehtiyac yoxdur, çünki Nazirlər Kabineti bir qərarı ilə bu iş tənzimlənə bilər. Bu zaman mənim təkliflərimin bir əhəmiyyəti olmayacaq. Amma qanun elə bir sənəddir ki, həm dövlətin bütün strukturları, icra orqanları tərəfindən qeyd-şərtsiz, həm də əhalinin bütün kateqoriyası tərəfindən əməl olunur. Amma mən bildiyimə görə, Dini Qurumlar üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti belə bir təkliflər hazırlayıb. Ola bilsin ki, Nazirlər Kabineti bu təkliflər əsasında dəfn işinin təşkili ilə bağlı bir əsasnamə qəbul oluna bilər. Amma hər halda bir hüquqi sənədin olması çox maraqlıdır".
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib