Böyrəklərə zərər verən vərdişlər

img

14-09-2014 [15:00]


Həddindən artıq faydaları olan bir orqanı qorumaq üçün ilk öncə qidamıza fikir verməliyik.
Axar.az sağlamlığımız üçün əhəmiyyəti olan mühüm vərdişləri təqdim edir.
Çoxlu su için
Böyrəklərin filtrasiya funksiyasını həyata keçirməsi üçün, toksik maddələri ata bilməsi üçün kifayət qədər suya ehtiyacı var. Az su içmək böyrəklərdə şiş problemi yaradır. Belə olduğu halda toksik maddələr bədəninizə zərər verəcək, hətta böyrək daşı da əmələ gətirəcək.
Duzu azaldın
İmtina edə bilmədiyimiz vərdişlərimiz, damaq dadımız var. Bir çoxumuz hətta yeməklərin dadına baxmadan öncə duz belə səpir. Düzdür, bədənimizin duza da ehtiyacı var. Ancaq duzdan çox istifadə qan təzyiqini artırır və böyrəyin funksiyalarına təsir edir.
Şəkər və şəkərli qidalardan uzaq durun
Duz kimi şəkərin də bədənimizə bir çox mənfi təsiri var. Həddən artıq şirniyyat, şəkər qəbul etmək isə sidik kisəsində ifraz olunmamış zülalın yığılmasına səbəb olur.
Qəhvə içməsəniz də olar
Dietoloqlar qeyd edir ki, çox miqdarda qəhvə qəbul etmək tərkibindəki kofein səbəbindən qan dövriyyəsini yavaşladır, həmçinin böyrəklərə də təsir edir.
Spirtin azı xeyir, çoxu zərər
Ara-sıra qəbul etdiyiniz spirtli içkilərin heç bir mənfi təsiri yoxdur. Lakin həddən artıq spirtli içkilərə aludəçilik qaraciyər və böyrək sağlamlığınızı ciddi şəkildə təhdid edir. Spirt toksik maddə miqdarını artırıb böyrəklərinizə qalıcı fəsadlar yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR