Quba İcra Hakimiyyəti su borularını satır – Şok iddia

img

13-09-2014 [23:03]


Redaksiyamıza Quba rayonu, Alpan kəndi sakinlərindən şikayət daxil olub.

Sakinlərin şikayəti rayondakı qanun pozuntularındadındır. Şikayətçilər deyirlər ki, kəndlərində su boruları rayon icra hakimiyyəti tərəfindən çıxarılaraq satılır.

Kənd sakinləri deyirlər ki: "Onsuz da kəndimizin ciddi problemləri var. Bunlar bizim şikayətlərimizi, problemlərimizi həll etmək əvəzinə halımızı daha da pisləşdirirlər. Yol, məktəb problemlərimizdən heç danışılası deyil. Amma bizi su məsələsi daha çox maraqlandırır”.

"Su borularını çıxarıb satırlar”

Şikayətçilər sözlərinə görə, istifadəsiz su boruları çıxarılaraq satılır: "Su probleminin yaranmasında səbəb həm boruların köhnə olmasıdır. Amma bundan da vacib məsələ var. Bu da bu su borularının satılmasıdır. Sovet dövründən qalan su boruları var. Bu borular kəndimizin ərazisindən keçir. Vaxtı ilə alma bağlarının suvarılması üçün istifadə edilib. İndi isə istifadəsizdir. Amma görünür bu hələ də kiminsə işinə yarayır. Çünki su borularını çıxarıb satırlar”.

"Bunlar ciblərini doldururlar, biz isə səfil gününə qalırıq”

Kənd sakinlərinin dediklərinə görə, İcra Hakimiyyəti su borularını çıxarıb satdığı üçün yollar da bərbad hala düşüb: "Bu su boruları bizə məxsusdur. Kəndlilərindir. Amma İcra Hakimiyyəti boruları çıxararaq satır. Bunun heç bir qanunla təstiqlənməsi yoxdur. Bu boruları çıxarıb satırlarsa, heç olmasa bizim üçün yeni su boruları çəksinlər. Susuzluqdan daha bezmişik. İllərdir su məsələsi bizi boğaza yığıb. Boruları çıxardıqları üçün kəndimizin yolları bərbad hala düşüb. Onsuz da yararsız idi. Daha da bərbad günə qalıb. Düzəldən də yoxdur. Bunlar ciblərini doldururlar, biz isə səfil gününə qalırıq”.

Musavat.com





Digər xəbərlər
SON XƏBƏRLƏR