Suraxanını zibillik basıb - VİDEO

img

13-09-2014 [13:46]


Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin sakinləri deyirlər ki, yaşadıqları ərazi tanımadıqları qurumlar və ya şəxslər tərəfindən zibilliyə çevrilib:


"Hər gün axşam saatlarında ağır  tonnajlı avtomobillər yaşadığımız əraziyə gətirib zibil boşaldırlar. Yollarımız da buna görə bərbad gündədir. Ərazidə vəziyyət çox acınacaqlıdır. Bilmirik, dərdimizi kimə deyək”.


Vətəndaşların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması və zibilliyin yığışdırlması ilə bağlı Suraxanı İcra Hakimiyyətində olublar:


"Yollarımız  pis  vəziyyətdədir. Uşaqlarımız bağçaya və məktəbə  çətinliklə gedib-gəlirlər. Qışda isə vəziyyət dözülməz olur. Yağış yağanda, hava soyuq olanda, ümumiyyətlə, uşaqlar nə məktəbə nə də bağçaya gedə bilirlər”.


Sakinlər bildirirlər ki, zibilləri  yandırırlar və hərdən bu yanğın böyük ərazini əhatə edir:

"Məcburiyyət qarşısında  insanlar zibili yandırır. Zibillərin içərisində olan tikinti materialları yanmadığından, ərazidə  yaranmış zibil dağlarına görə, yolun digər tərəfi görünmür. Əraziyə, hətta, yanğınsöndürənlər cəlb olunur. Elə olur ki, çətinliklə söndürürlər”.


Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsində lentə aldığımız video və fotolardan da görünür ki,  ərazidə antisanitariyadır. Necə deyərlər,yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait var. Nəzərə alsaq ki, buralar azyaşlı uşaqların, gündəlik olaraq, oynadığı, bağçaya, məktəbə getdiyi yoldur, sakinlərin haqlı narazılığını qəbul etmək olar.


Ərazidə olan əməkdaşımız  MKİS-in rəhbərliyindən məsələyə münasibət öyrənə bilməyib.


Məsələyə aydınlıq gətirmək üçün Suraxanı İH-i ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.


 



Digər xəbərlər
SON XƏBƏRLƏR