Məcburi köçkünün evini kim satıb? - İmişlidən şikayət (VİDEO)

img

13-09-2014 [13:30]


Ağdam rayonundan məcburi köçkün Hacıyev Teymur Mobil oğlu mətbuata müraciət edib. 
Avropa.info-nun xəbərinə görə, o müraciətində deyib ki, İmişli rayonunda salınmış yeni qəsəbədə onun ailəsinə verilən 37 saylı ev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonundakı nümayəndəsi Astan Abduləzimov tərəfindən başqa bir insana satılıb.

Astan Abduləzimovla əlaqə saxlayan Avropa.info əməkdaşı deyilənlərlə bağlı mövqeyini öyrənməyə cəhd edib. A.Abduləzimov baş verənləri normal hal kimi qarşıladığını deyib və bildirib ki, məsələylə bağlı onu narahat etməsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR