İqtisad Universiteti Şəmsəddin Hacıyevin qızı haqda AÇIQLAMA verdi

img

12-09-2014 [22:44]


"Universitetin Xüsusi istedadlılar fakültəsi ləğv olunmayıb. Tələbələr sentyabrın 15-dən dərsə gələcəklər”. Bu barədə Modern.az-a İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Xüsusi istedadlılar fakültəsi”nin bir fərqi var ki, orada təhsil ingilis dilindədir. Uşaqlar təhsilinə qaldığı yerdən davam etdirəcək. Heç bir problem yoxdur. Bütün məsələ bundan ibarətdir”.

"Fakültənin dekanı Çeşmi Hacıyeva işinə davam edir, işinin başındadır”, – deyə universitetdən bildirilib.

Qeyd edək ki, dünən mətbuatda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın Azərbaycan Dövlət İqtisad Universitetində 2011-ci ildə yaradılan və dekanı olduğuXüsusi istedadlar fakültəsinin fəaliyyətinə xitam verildiyinə dair məlumatlar yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR