“Aztelekom” və bir neçə təşkilatda yoxlama aparılıb

img

12-09-2014 [17:53]


Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan Mia.az-a daxil olan məlumata görə, iclasda "Aztelekom” İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair həyata keçirilmiş audit tədbirinin nəticələri barədə hesabat və rəy geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, eyni zamanda, dövlət büdcəsinin yerli xərclərindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və onun tabeliyində olan struktur vahidlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə və dövlət əsaslı vəsait qoyuluşundan "Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub