BP və ARDNŞ müsabiqə elan etdi

img

12-09-2014 [14:50]


BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə 2014-2015-ci tədris ili üzrə təqaüdlü peşə təhsili üçün sənəd qəbulu elan edilib.

ARDNŞ-in məlumatına görə, Səngəçal, Ümid, Əzimkənd, Qobustan və Sahil yaşayış məntəqələrində daimi qeydiyyatı olan və ya həmin ərazilərdə faktiki yaşayan vətəndaşlar, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, orta ümumtəhsil məktəbini 2001-2014-cü illər ərzində bitirən, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər də müsabiqədə iştirak edə bilərlər. 

Müraciətlər elektron formada www.socar.az saytında "Karyera-Təlim mərkəzinə sənəd qəbulu” bölməsində qəbul olunur. İddiaçılar tələb edilən sənədlər və qaydalar haqqında məlumatı ''Qəbul qaydaları'' bölməsindən oxuya, elektron müraciət formasını isə ''Müraciət et'' bölməsində doldura bilərlər. Ərizələr 22 sentyabr 2014-cü il tarixinədək qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR