Yol polisindən nazirlik və komitə maşınlarına xəbərdarlıq

img

12-09-2014 [14:42]


"Cəmiyyətdə belə fikir formalaşıb ki, "AA" dövlət seriyalı avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozsalar belə, DYP onlara göz yumur. Bu əsla belə deyil. Qaydanı pozan "AA" dövlət nömrəli avtomobilin sürücüləri cəzasız qalmır”.

 

Bunu İnterAz-a açıqlamasında Bakı şəhər Dövlət Yol polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov söyləyib.

 

O, bildirib ki, qanun qarşısında hər kəs cavabdehdir. "Əgər biz yazılan protokollara baxsaq görərik ki, orada qaydanı pozan "AA" seriyalı avtomobillərin sürücüləri də var. Bu isə onu göstərir ki, qaydalar hər kəs üçün qaydadır. Yəni, avtomobilin nömrəsi "AA"-dırsa onlar məsuliyyətə cəlb edilə bilməz, fikri yalnışdır”.


axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR