İcra Hakimiyyətinin şöbə müdiri həbsi olunub? - Prokurorluq təkzib etdi – Yenilənib

img

12-09-2014 [14:07]


Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az aznews.az-a istinadən xəbər verir ki, vətəndaşların şikayəti əsasında idarə əməkdaşları tərəfindən əməliyyat keçirilib və o, həbs edilib.

Məlum olub ki, Seymur Məmmədov tikinti aparmağa icazə vermək üçün vətəndaşlardan 2000 manat, daha sonra isə 1000 manat tələb edib.

Məlumatı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Akif Əliyev qismən təsdiqləyib. O, Seymur Məmmədovun işdən kənarlaşdırıldığını və bunu rəhbərliyin kadr islahatı olduğunu bildirib: "Onun həbsi ilə bağlı heç nə deyə bilmərəm. Seymur Məmmədov işdən azad olunub. Amma onun hansı səbəbdən işdən çıxarıldığını deyə bilmərəm. Yəqin ki, bu rəhbərliyin kadr islahatıdır”.

***

Baş Prokurorluq isə həbs xəbərini təsdiləmir. 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Aznews.az-a deyib ki, onlarda bu barədə heç bir məlumat yoxdur: "S.Məmmədovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir".

***

Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədov "Qafqazinfo"ya zəng vuraraq həbsi ilə bağlı yayılan xəbərləri təkzib edib:"Məni heç kim tutmayıb. Elə bir problemim də yoxdur".



Digər xəbərlər
SON XƏBƏRLƏR