İsa Qəmbər Müsavatdan gedənlərdən danışdı- Yenilənib

img

12-09-2014 [13:42]


Müsavat Partiyası başqanı İsa Qəmbər qərargahda jurnalistlərin suallarını cavablandırıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, İ.Qəmbər Bakı meriyasının qurultay üçün təklif etdiyi Əmircandakı Mədəniyyət evi haqda danışıb.

O bildirib ki, Məclisin qərarı yerinə yetirilməlidir: "Sentyabrın 27-də qurultay keçirilməlidir. Məkan məsələsi ilə bağlı qərar həftənin birinci günü müzakirə edilib qərar veriləcək. Bununla bağlı şəxsi fikrimi iclasda səsləndirəcəyəm".

Müsavat başqanı qurultaydan sonra sıravi Müsavatçı kimi qalmaq istədiyini bildirib: "Amma son qərarı Müsavatçı dostlarla, məsləkdaşlarla bur yerdə verəcəyik". 

***

İsa Qəmbər "Qafqazinfo"nun sualına cavab olaraq qurultaydan sonra gözlənilən parçalanmalar və önləyici planlar haqda da danışıb: 

"Müsavat Partiyası hər zaman cəmiyyətə yeniliklər təqdim edəndə barəsəsində belə iddialar tez-tez səsləndirilir. Heç zaman da doğrulmur. Əminəm ki, bundan sonra da doğrulmayacaq. Seçkilərin nəticələrindən kimsə narazı qalıb partiyanı tərk edib gedəcəksə, bu onun zəifliyi kimi qiymətləndiriləcək. Düşünmürəm ki, bu Müsavatda böyük əsk-səda yaradacaq. Seçki məhz ondan ötrüdür ki, seçən şəxslər kiməsə üstünlük versinlər. Seçilməyən şəxs də seçilənin iradəsinə hörmətlə yanaşmalıdır. Türkiyədə keçirilən parlament seçkilərindən sonra tanınmış siyasətçinin çıxışını xatırlayıram. Məğlub olmuşdu. Partiyanın lideri dedi ki, müxalifət bu dəfə bizə müxalifət missiyasın tapşırdı. Yəni aldığı səsləri bu qədər yüksək qiymətləndirdi. Buna görə kiminsə gedəcəyini düşünmürəm. Gedəcəksə də yanlış yapacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR