Avropa İttifaqından Rusiyaya qarşı şok sanksiyalar - Siyahı

img

12-09-2014 [12:28]


Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların siyahısı açıqlanıb.

"Qafqazinfo” xəbər verir ki, sanksiya tətbiq edilən sahələr və şəxslərin adları Aİ-nın rəsmi jurnalında dərc edilib. Siyahıya əsasən sanksiyalar "Rosneft”, "Transneft” və "Qazprom” şirkətlərinə tətbiq ediləcək. Yeni sanksiyalara əsasən, Aİ avropa şirkətlərinə rusiyalı həmkarları üçün dərin sular, arktik və şist neftinin kəşfiyyatı və istehsalı sahəsində xidmətlər göstərməyə qadağa qoyub. Bura xüsusən də, quyuların qazma və geoloji işləri daxildir.

Yeni sanksiya siyahısına Dövlət Dumasının deputatları Jurov, Leviçev, Lebedev, Melnikov və Babkov da daxil edilib.

Aİ həmçinin Rusiyanın müdafiə sektorunun doqquz şirkətini, xüsusən də "Kalaşnikov” konsernini xammalla təchiz etməyə qadağa tətbiq edib.

İttifaq bundan başqa, Rusiyanın bir sıra dövlət banklarının kredit əldə etməklə bağlı məhdudiyyətlərini daha da kəskinləşdirib və kreditlərin qaytarılması üçün qoyulan son gün 30 gün azaldılıb.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyərək Moskvanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib. Artıq qərb ölkələri mart ayından bir sıra rusiyalı biznesmen, siyasətçi və şirkətlərə qarşı sanksiyalar tətbiq etmişdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR