Zakir Həsənov sabiq briqada komandirinə vəzifə verdi

img

11-09-2014 [23:54]


Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə müdafiə naziri Zakir Həsənovun əmri ilə Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.


Əfqanıstan müharibəsində iştirak etmiş Ə. Qənizadə 1993-cü ildə Laçında briqada komandiri olub. Kəlbəcərin işğalı ərəfəsində isə həmin bölgəyə göndərilsə də ermənilərin iki tərəfdən olan hücumunu dəf edə bilməyib və buna görə də uzunmüddətli həbs cəzası çəkməli olub.

Muzeyin rəisi vəzifəsini icra edən Sahib Qarayev də yeni vəzifəyə təyin edilib. Xatırladaq ki, Muzeyin rəisi Rüfət Əmirov bir müddət bundan əvvəl MN İctimaiyyətlə Əlaqə və mənəvi Psixoloji İdarənin rəisi vəzifəsinə zabit kimi təyinat alib.

moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR