Hakim məmur oğluna ağır cəza verdi

img

11-09-2014 [19:21]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mübariz Mədətovun oğlu Xalid Mədətova hökm oxunub. 


"Qafqazinfo” xəbər verir ki, hakim himayəsində azyaşlı uşağın olduğunu və törətdiyi qəzadan peşman olduğunu nəzərə alıb Xalid Mədətovu 12 il azadlıqdan məhrum edib. O, 5 il isə onun sürücülük hüququndan məhrum olmaqla ümumi rejimli cəzacəkmə müəssisəsində cəzasını çəkəcək.

Sonda məhkəmə Xalid Mədətova son söz üçün müraciət etsə, o, buna hazır olmadığını bildirib.

Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR