Ukraynaya daha bir zərbə

img

11-09-2014 [17:40]


"Polşa Ukraynaya qaz ixracını dayandırıb". 

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın "Ukrtransgaz" şirkətinin prezidenti İqor Prokopiv deyib. 

O, bilıdirib ki, buna səbəb Rusiyanın Polşaya təbii qaz nəqlini azaltması olub. Çünki Polşa Rusiyadan aldığı qazın bir hissəsinin Ukraynaya nəql edirdi. 

Bu vəziyyəti əvvəldən proqnoz edən Ukrayna tərəfi isə artıq alternativ qaz və neft təchizatçıları axtarır. Bir müddət öncə Ukrayna energetika naziri Yuri Prodan Bakıda rəsmi səfəri zamanı ölkəsinin Azərbaycan neftini nəql etməkdə maraqlı olduğunu bildirmişdi. 

Ukraynanın şərqindəki toqquşmalar ölkənin silahlı qüvvələri tərəfindən istehlak edilən yanacaq sərfiyyatının artmasına səbəb olub. Bu məqam da Kiyevin enerjidə alternativ axtarışlara başlamasına məcbur edib. 

Ukrayna hökumətinin bir neçə gün öncə qəbul etdiyi qərar Avropa və ABŞ şirkətlərinin bu ölkənin neft-qaz sektoruna cəlb edilməsinə imkan verir. 

Mütəxəssislər iddia edir ki, xarici şirkətlərin Ukraynaya investisiya yatırması "Cənub axını" qaz kəməri layihəsinin tamamilə ləğvinə səbəb olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub