MSK-nın keçmiş üzvü həbs olundu

img

11-09-2014 [16:14]


Vəkil Mənsum Bayramovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğu bilinib.

Məhkəmədən "Media forum” saytına deyiblər ki, iş sentyabrın 2-də daxil olub, həbs qətimkan tədbiri seçilən iclas qapalı keçirilib, Mənsum Bayramovu prosesdə dövlətin tutduğu vəkil Ramiz Mirzəyev müdafiə edib. Yasamal Rayon Məhkəməsinin əməkdaşı Bakı İstintaq Təcridxanasında saxlanan Mənsum Bayramovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğunu açıqlamayıb.

Məlum olub ki, Vəkillər Kollegiyası Mənsum Bayramovun vəkillik fəaliyyətini dayandırıb. Bu qərar vəkilin cinayət işinin istintaqı ilə bağlıdır.

Vəkillər Kollegiyasından bildiriblər ki, Mənsum Bayramov kollegiyanın üzvü olaraq qalır, onun vəkillik fəaliyyətinə xitam verilməyib, söhbət yalnız vəkillik fəaliyyətinin dayandırılmasından gedir. Mənsum Bayramov uzun illər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, və həmçinin Mərkəzi Seçki Komissiyasının olub. 49 yaşlı Mənsum Bayramov Bakı Dövlət Universitetinin məzunudur. 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.



Digər xəbərlər
SON XƏBƏRLƏR