Nazirlikdən vətəndşlara təhlükə xəbərdarlığı-E-poçt hesablarınızın şifrlərinizi dəyişin

img

11-09-2014 [14:44]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlığını elan edib.

Mia.az-ın RYTN-ə istinadla verdiyi məlumata görə, Azərbaycan əhalisi tərəfindən də geniş şəkildə istifadə olunan "mail.ru” internet ünvanlarının istifadəçiləri təhlükə ilə qarşı-qarşıyadır.

Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.

Həmçinin qısa müddət öncə 1 milyona yaxın "Yandex” istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.

Eyni zamanda 5 milyona yaxın (4 929 090) "Gmail” və digər "Google” xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. "Google”-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.

Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR