Qonşusunu öz yataq otağında tutdu və...

img

10-09-2014 [15:03]


Dünən gecə Cəlilabad rayonunun Maşlıq kəndində qısqanclıq zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.

Cəlilabad Rayon Polis Şöbəsindən vesti.az-a verilən xəbərə görə, 1991-ci il təvəllüdlü Elxan Hüseynov qonşusu - 1991-ci il təvəllüdlü Habil Şahbalayevə 7 bıçaq zərbəsi endirib. Bıçaq zərbələri nəticəsində H.Şahbalayev keçinib.

E.Hüseynov saxlanılıb. İlkin dindirmə zamanı o deyib ki, H.Şahbalayev onunla birlikdə həmkəndlilərinin toyunda iştirak edib. Daha sonra H.Şahbalayev ona yaxınlaşaraq evə getdiyini bildirib. E.Hüseynov isə ona toyda qalıb əylənməyi məsləhət görüb.

Ancaq E.Hüseynov toyda az qalıb. Bir müddətdən sonra o, evə qayıdıb və yataq otağına keçib. E.Hüseynovun sözlərinə görə, işığı yandıran zaman H.Şahbalayevlə qarşılaşıb.

E.Hüseynov bildirib ki, evin yataq otağına daxil olanda həyat yoldaşı otaqda olmayıb. Qadın daha sonra bildirib ki, həmin vaxt qayınanasına banka qoymağa gedibmiş.

Beləliklə qonşusunu yataq otağında görən E.Hüseynov bıçağı götürərək H.Şahbalayevə zərbələr endirib.

E.Hüseynovun təqsiri sübuta yetirilərsə, Cinayət Məcəlləsinə görə onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həm E.Hüseynovun, həm də H.Şahbalayevin bir yaşlı övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR