İcra başçısı məmurun qarşısından geri çəkildi

img

09-09-2014 [17:41]


Bir müddət öncə ölkədə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyulmasından sonra Xətai rayonunda da yas mərasimlərinə nəzarət gücləndirilib. 

İcra başçısı Razim Məmmədovun tapşırığından sonra rayon icra hakimiyyətinin işçiləri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət etməyə başlayıblar.

Rayon sakinlərindən birinin azxeber.coma-a verdiyi məlumata görə, sözügedən rayonun Əhmədli qəsəbəsində keçirilən yas mərasiminin birində maraqlı olay yaşanıb. Belə ki, icra nümayəndələri mərasim təşkilatçılarının mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi süfrəyə qoymamalarını tapşırıb.

Mərhumun yaxınlarının etirazından qəzəblənən icra nümyəndələri məclis təşkilatçısına 2000 manat pul cəzası ilə cərimələmək istəyiblər.

Ancaq mərhumun yaxınlarındın birinin yüksək ranqlı məmurlardan birinə xahiş etməsi işə yarayıb. Belə ki, həmin məmur icra başçısı Razim Məmmədovu yığaraq ondan xahiş edib. Bununla da icra başçısı məclisin ev sahiblərinin istəyi üzrə keçirilməsinə icazə verib.

Qeyd edək ki, anoloji hadisə dünən Sumqayıt şəhərində də yaşanmışdı. Şəhərdə  təmtəraqları yas mərasimlərinə görə, sakinlərin 400 manat cərimələnəcəyi deyilmişdi.

Onu da əlavə edək ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüzn məclislərində israfçılıq hallarının qarşısını almaq üçün hərəkətə keçib. Qurumun bu addımı tövsiyyə xarakterli olsa da artıq bəzi icra hakimiyyətində qeyri-qanuni pul cərimələrinin tədbiqinə başlanılıb.

Pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR